Ərdoğanın təyyarəsi ikinci cəhddən sonra enib | VİDEO

Ərdoğanın təyyarəsi ikinci cəhddən sonra enib    | VİDEO
  13 Oktyabr 2025    Oxunub:936
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə Qəzza zolağında atəşkəs razılaşmasına həsr olunmuş sülh sammitinin keçiriləcəyi Şarm əl-Şeyx hava limanına ikinci cəhdində eniş edib.
AzVision.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə əvvəlcə hava limanının uçuş-enmə zolağının yanından keçib, qısa müddət Qırmızı dənizin üzərində havada qaldıqdan sonra təhlükəsiz şəkildə aeroporta enib. Əlavə təfərrüatlar açıqlanmayıb.

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib I YENİLƏNİB - FOTO
Türkiyə prezidentini sammitin keçirildiyi məkanda Misir lideri Əbdülfəttah əs-Sisi qarşılayıb. Ərdoğan sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, sözügedən konfransa dəvət almış Azərbaycan prezidenti İlham Əliyev Misirə səfər edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   Misir   təyyarə  



Xəbər lenti